Elman Nəsirov: “Hətta ermənilər bu ifadəni işlətmirlər”

Bəs Senatdakı Menendez “ermənilərin acından öldüyü” xəbərlərini haradan alır, Azərbaycana, Prezidentə qarşı xain planları necə qurur…

Senatın Xarici əlaqələr komitəsinin sədri Bob Menendez Azərbaycana qarşı növbəti dəfə çirkin kampaniyaya start verib. O, Azərbaycan hökumətinin “etnik erməni anklavına qarşı soyqırım” apardığını iddia edərək, ABŞ-ı Prezident İlham Əliyevə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Senator Menendez Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun qərəzli hesabatına istinad da edib.

“Turan” xəbər verir ki, anonimlik şərti ilə çıxış edən ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi Dağlıq Qarabağdakı humanitar vəziyyətdən dərin narahatlığını bildirib, lakin yerində “kadr çatışmazlığı səbəbindən” ilk əldən məlumat əldə etməyin çətinliyinə işarə edib.

“Bu cür lobbizm, “pul danışıqları”, azərbaycanlılara və başqalarına qarşı açıq-aşkar yalan və irqçi nifrət ABŞ Konqresinin imicinə və qlobal reputasiyasına xələl gətirir. Utancvericidir!” Bu fikirləri isə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri, senator Bob Menendezə cavab olaraq yazıb.

Bəs niyə Bob Menendez daha çox Prezident Əliyevi hədəfə alır, rəsmi Vaşinqton niyə bu sayğısız davranışa etiraz etmir? Daha bir maraqlı məqam Dövlət Departamentinin Xankəndidə kadrı-yəni baş verənlərlə bağlı ilkin mənbədən informasiya almaq imkanın olmamasını etirafıdır. Nə qədər inandırıcı hesab etmək olar? Qarabağı “anklav” adlandırmaq bu adamın qərəzinin açıq-aşkar ifadəsidirmi?

Milli Məclisin deputatı Elman Nəsirov   bildirdi ki, ermənidən çox erməni olan Bob Menendez yenə də öz köhnə ampluasındadır, yenə də erməni sevgisini yeni çalarlarla ifadə etməkdədir:

1675066928156108288263d77e301e294.png (385 KB)

“Görünür, 2024-cü ildə həm Prezident, həm də parlament seçkiləri olacağından Menendezin ABŞ-dakı erməni lobbisi və diasporunun köməyinə çox böyük ehtiyacı olacaq. Nəzərə alsaq ki, Menendezin həyat yoldaşı da ermənidir, onun Azərbaycana qarşı çoxsaylı yalan, iftira və təzyiq kampaniyasının arxasında həm də hansı amilin dayandığı bəlli olur. Bu dəfə Menendez Azərbaycana qarşı növbəti qərəzini ortaya qoyub. Azərbaycanı ittiham edir ki, guya Azərbaycan dövləti ”etnik erməni anklavına qarşı soyqırımı” siyasəti həyata keçirir. Əvvəla, “etnik erməni anklavı” nədir, bu nə ifadədir? Eyni məntiqlə Kaliforiniyada yaşayan erməniləri də etnik erməni anklavı hesab etməliyik. Eyni məntiqlə Fransanın Marsel şəhərində yaşayan erməniləri də etnik erməni anklavının təmsilçiləri adlandırmayılıyıq. Bu nə absurd yanaşmadır?! Hətta ermənilər bu ifadəni işlətmirlər. Ona görə də Bob Menendez kimi senatorlar ermənidən çox ermənilik etdiklərini nümayiş etdirirlər. Azərbaycana qarşı yeni kampaniya çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qarşı da sanksiyalar tətbiqi məsələsini gündəməmə gətirib. Görünür, Bob Menendez həm də qocalıb və onda artıq normal düşünmək, normal mühakimə yürütmək qabiliyyətini itirib. O dərk eləmir ki, vətəndaşı olduğu ABŞ-ın beynəlxalq terrorizmə qarşı mübarizə strategiyasına, onun ali siyasi rəhbərliyi, şəxsən Prezident İlham Əliyev çox böyük töhfə verib. Prezident İlham Əliyev beynəlxalq sülhün və təhlükəsizliyin təminatında misilsiz xidmətlər göstərib. Avropanın enerji təminatında Azərbaycanın oynadığı rolu dünya, xüsusilə ABŞ hər zaman vurğulayır. Bu siyasətin reallaşmasında Azərbaycan Prezidenti İlham Əliyevin xidmətlərinin misli bərabəri yoxdur”.

E.Nəsirovun fikrincə, bütün bunlara baxmayaraq, Bob Menendezin İlham Əliyevi hədəfə alması məsələnin arxasında erməni lobbisinin olduğuna şübhə yeri qoymur:

“Erməni lobbisi və Menendez kimilər Azərbaycan dövlətinin öz torpaqlarını azad etməsini, qalib ölkə olmasını, inkişafını həzm edə bilmirlər. Prezident İlham Əliyevin Azərbaycanı qələbələrə aparması erməni lobbisinin və Menendez kimilərinin yuxusuna haram qatıb. Onlar bilirlər ki, Azərbaycanın uğurlarının kökündə Prezident İlham Əliyevin müstəsna xidmətli var. Ona görə də qərara gəliblər ki, Azərbaycanın inkişafının mənbəyi olan bir lideri hədəfə almaq lazımdır. Ancaq onların istəkləri boş xülyalardır. Azərbaycan dövlətinə və Prezidentinə Menendez kimilərinin təsir etməsi mümkün deyil. Menendez kimilər Azərbaycan Prezidentini sanksiya ilə hədələyir, amma Azərbaycan xalqı öz Prezidentinin arxasındadır, birlik nümayiş etdirir. Azərbaycan Prezidenti də məhz xalqına arxalanır və xalqının milli mənafeyindən irəli gələn müstəqil siyasət həyata keçirir”.

Deputat qeyd etdi ki, ABŞ Dövlət Departamenti də gərək Qarabağda baş verən hadisələrə real qiymət versin. ABŞ-ın siyasi rəhbərliyi Menendez kimi ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirən siyasətçiləri yerində otuzdursun. Ağ Ev həssas məsələlərdə çeviklik nümayiş etdirməlidir.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə bildirdi ki, ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri Bob Menendez birinci dəfə deyil Azərbaycana qarşı qərəzli mövqeyi ilə gündəmə gəlir. İndi də rəhbərlik etdiyi komitədə Azərbaycanı müzakirəyə çıxarmaq cəhdi bir daha bizi əmin edir ki, bu senator erməni lobbisinin həmişə olduğu kimi yenə də əlində oyuncaqdır:

368574.jpg (28 KB)

“Xüsusilə nəzərə alsaq ki, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo kimi rüşvətxorun, dələduzluqda ad çıxarmış birisinin hazırladığı sənədə istinad etməsi Menendezin də Okamponun tayı olduğunu göstərir. Okamponun hazırladığı sənədin həqiqətə uyğun olmadığını artıq müxtəlif institutlar bəyan ediblər, sənədin qərəzli hazırlandığı artıq ictimailəşib. Menendezin həm bu cür saxta sənədə istinad etməsi, həm də Azərbaycanın ABŞ tərəfindən də tanınan ərazisi olan Qarabağı “anklav ərazi” adlandırması, Azərbaycan Prezidentinə qarşı sanksiyalar tətbiq etmək çağırışları əslində təəccüblü deyil. O mənada təəccüblü deyil ki, Menendezin qidalandığı erməni lobbisi Azərbaycana və onun müzəffər Ali Baş Komandanına düşmən kəsiliblər. Düşmənçiliklərini bütün vasitələrlə həyata keçirməyə çalışırlar. Menendezin səsləndirdiyi qərəzli fikirlər ABŞ-ın siyasəti deyil, məhz erməni lobbisinin və onların əlalatısına çevrilmiş bir qrup senatorun ermənilərə xidmətidir. Ermənilərdən aldıqları pulların qarşılığını verdiklərini nümayiş etdirirlər”.

Hüquq müdafiəçisi hesab edir ki, ayın 15-də Senatda keçiriləcək bu dinləmələr də uğursuzluğa düçar olacaq. Çünki hazırlanan və müzakirəyə çıxarılan sənəd başdan ayağa qərəzlidir, həqiqətlərin təhrifidir:

“Okamponun hazırladığı saxta sənədi müzakirəyə çıxarmaq heç Senatın özünə də baş ucalığı gətirmir. Menendezin hərəkəti Cənubi Qafqazda sülhün bərqərar olmasını istəməyən qüvvələrin sifarişidir. Əgər o, doğrudan da sülh istəsəydi, Ermənistana çağırış etməli idi ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən çıxmalıdır, Azərbaycanın ərazidəki etnik ermənilərə humanitar məqsədlər üçün təkliflərini qəbul edin. Ermənistana isə indiyə qədər əldə olunan razılaşmalara əməl etməsi çağırışı edilməli idi. Lakin Menendez qərəzli və erməni lobbisinin oyuncağı olduğu üçün bunları etmir, vaxtaşırı Azərbaycanı və Azərbaycan Prezidentini hədəfə alan fikirlər irəli sürür”.