Elnur Allahverdiyev hər bir müraciətimizə həssaslıqla yanaşır- Yasamal sakinləri

Milli Məclisin deputatı Elnur Allahverdiyev haqqında seçicilər bu fikirləri söylədilər:

XALQ.AZ-ın əməkdaşı millət vəkili seçicilərin problemlərini həll edə bilirmi sorğusu ilə 17 saylı Yasamal 3 seçki dairəsinin sakinləri söhbət etmiş. Sorğu zamanı Yasamal sakinləri millət vəkili Elnur Allahverdiyevi belə xarakterizə etmişlər.
XALQ.AZ Yasamal sakinləri ilə aparılan sorğunu təqdim edir:

Xuraman Cavadova:
Mən evdar xanımam, iki övladım var her ikisi məktəblidir, millət vəkilinə heç vaxt müraciətim olmayıb amma sosial şəbəkələrdən, və xəbərlərdən Elnur müəllimin fəaliyyətini görmüşəm müraciət edən şəxsləri qəbul edib,dinləyib problemləri və qayğıları ilə maraqlandığının şahidi olmuşam. Hələ ki, bir ehtiyacımız yoxdur deputatımıza müraciət edim. Olsa inanıram ki, məsələ müsbət həllini tapacaq.

Arzu Abbasov
Mən tələbəyəm, Yasamalda yaşasamda Gəncədən, seçkilər vaxtı Elnur müəllimi tanımışam həyətimizə gəlib görüş keçirdi. Qonşularımız ona müraciətlər etmişdilər. O, hər kəsi dinlədi.Sosial şəbəkələrdə də aktiv fəaliyyət göstərir. Bütün paylaşımlarını izləyirəm. Mənim müraciətim ona Milli Məclisdə tələbələr üçün güzəştlərin tətbiq edilməsini məsələsin qaldırmasını istəyirəm. Heç olmasa tələbə təqaüdləri artırılsın, avtobuslarda güzəştlər olsun. Onun işlərində uğurlar arzulayıram.

Məmmədəli Rzayev
Mənim 67 yaşım var taksi sürücüsüyəm, Elnur müəllim seçkilər vaxtı həyətimizə gəlmişdi, sonra karantin vaxtı köməkçisi gəlmişdi. Həyətimizə qonşuda ağır xəstəsi olan ailə var ona daima yardım göstərirlər. Deputatımız pensiyanın artırılması məsələsini qaldırsın Milli Məclisdə ailəmiz böyükdür ərzaq günü gündən bahalaşır. Prezidentimiz dəmir yumruğu ilə düşmənin başını əzdi və torpaqlarımızı azad etdi, bu qələbə hamımızın birliyimiz nəticəsində oldu. İnternetdə boş danışanlar bunları görmürlər. Çətinliklər olsada əsas odur ki, çalışırlar həll etsinlər. Mən Elnur müəllimə buradan müraciət etmək istəyirəm ki, təqaüdlərin artması üçün işlər görsün.

Aynur Məmmədova
Mən tibb bacısıyam, özəl xəstəxanada çalışıram, Elnur müəllimə müraciətimiz hələ ki, olmayıb. Deputatımızı televiziyada çıxışlarına baxmışam şəhid məzarlarının köçürülməsi məsələsində onların ailələri ilə görüşməsi dəfnlərində icra başçısı ilə iştirak etməsi gördüm. Müraciətim yoxdur amma hiss olunur ki, çalışqan insandır. Fəaliyyətində uğurlar arzulayıram.

Sona Muradova
Mən təqaüdçüyəm, ay bala siyasəti bilmirəm Elnur müəllim bizim evə gəlmişdi onda tanış olmuşuq. Söz verdi ki, həyətdə uşaqlar üçün meydança düzəldəcək. Onu etdilər, karantin vaxtıda camaata yardım verdi, hamı onu yaxşı tanıyır, mən ona demək istəyirəm ki, pensiya artırılsın o Milli Məclisdə bizim sözümüzü desin.

Rəna xanım
Elnur müəllimi tanıyıram, qardaşım onun seçkisində iştirak etdi. Dostları ilə məhlələri gəzirdilər insanlar onunla görüşüb problemlərini həll edib, karantin vaxtı yardımda verdilər. Qonşumuzun nazirlikdə bir problemi var idi qəbuluna getmişdirlər əlilliklə bağlı o, müraciət etdi nazirliyə qəbul etdilər. Mənim müraciətim karantin sərtləşməsin bütün tələblərə hər kəsi riayət etməsini çağırıram.

Abdulla Zeynalov
Mənim mağazam var,burada hamını tanıyıram 57 ildir burada yaşayıram Elnur müəllim adamları gəlmişdi karantin vaxtı yardım verdilər evlərə. Bizim müraciətim olmuşdu burada yolda avtomobil saxalamaq qadağan olunub amma burada yaşayan insanlar öz avtomobillərini harada saxlayıb evinə getməli idi. Biz müraciət etmişdik xahiş etdik məsələ öz həllini tapdı.Elnur müəllimə cansağlığı arzulayıram hər zaman bizim sözümüzü deyib.

Rasim Həsənov
Mən Elnur müəllimə ugurlar arzulayıram, fəaliyyətin izləyirəm inanıram ki, bizim etimadımızı qazanıb vədlərini əməl etməkdə davam edəcək.

XALQ.AZ bildirir ki, sorgu davam edəcək və Milli Məclisin deputatlarının fəaliyyəti barədə seçicilər öz fikirlərini bildirəcəklər.