“YAŞAT” Fondu daha 12 qazini Türkiyəyə göndərdi-Video

Ağır yaralanan daha 12 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.


Bu barədə “ASAN xidmət”dən XALQ.AZ-a verilən məlumatda bildirilib. Müalicə üçün Türkiyəyə göndərilən qazilərimiz aşağıdakılardır:Ələkbərov İlkin Elçin oğluAtakişiyev Yusif Fariz oğluKazımov Kənan Çinar oğluEyvazov Səbuhi Rahim oğluSeyfullayev Havil Səyədullah oğluOsmanov Zamir Şakir oğluQuliyev Şahmar Anar oğluAbdullayev Pərvin Dövlət oğluƏliyev Arzu Könül oğluMəmmədkərimov Nicat Əfsun oğluMusayev Bəhman Natiq oğluHüseynov Ülvi Məsum oğlu

Rəsmi məlumata görə, “YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin!

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bundan öncə 51 qazimiz müalicə üçün Türkiyəyə göndərilmişdi. Onlardan 7-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.