Elnur Allahverdiyev seçicilərlə görüşdü

Milli Məclisin deputatı Elnur Allahverdiyev seçicilərlə növbəti görüş keçirib.

XALQ.AZ xəbəb verir ki, seçiciləri maraqlandıran, narahat edən problemləri, qayğıları ilə maraqlanan millət vəkili bildirib ki, bu dəfəki qəbula gələn sakinlərimizi maraqlandıran məsələlər mənzil, daşınmaz əmlak və əsas etibarilə, məhkəmə-hüquq problemləri idi. Təbii ki, qanunun imkan verdiyi qədər belə problemlərin çözümünə köməklik göstərməyə hazırıq və çalışacağıq.Dünən dairəmizin şəhidi, müasir ordumuzun yeni nəsil zabitlərindən olan Fərid Ələkbərovun ailə üzvləri ilə söhbət etmək imkanım da oldu. Fərid qəhrəmancasına döyüşərək, yoldaşlarını əlverişli mövqeyə çıxarmağa çalışarkən Xankəndi yaxınlığında şəhid olub. Fərid Türkiyənin demək olar ki, bütün nüfuzlu hərbi məktəblərinin məzunu idi. Heydər Əliyev adına Hərbi Akademiyada gənc zabitlərə dərs deyirdi. Ürəyi Qarabağla döyünürdü. Şuşanın azad olunması əməliyyatında iştirak etmişdi. Xankəndi yaxınlığında Vətən və bizlər uğrunda canını fəda etdi. Allah Fəridə və bütün şəhidlərimizə rəhmət etsin!

Возможно, это изображение (один или несколько человек, мебель, офис и в помещении)
Возможно, это изображение (один или несколько человек, люди сидят, люди стоят и в помещении)