Elnur Allahverdiyevin namizədliyi -Təsdiqləndi

YAP-ın rəsmi namizədlər siyahısında olan Elnur Allahverdiyev  namizədliyi qeydə alınıb.


XALQ.AZ məlumatına görə Elnur Allahverdiye şəxsi facebook səhifəsində qeyd edib ki, 17 saylı Yasamal üçüncü seçki dairəsindən namizədliyim qeydə alındı. İmzatoplama kampaniyasında dəstəyini əsirgəməyən, etimad göstərən, imza atan hər kəsə dərin minnətdarlığımı bildirirəm. İmzatoplama kampaniyası həm də seçicilərlə namizəd kimi ilk ünsiyyət imkanı idi. Vətəndaşlarla təmasda olmaq, onların düşüncələrini, istəklərini öyrənmək, gözləntilərini bilmək olduqca maraqlıdır. Biz bu yola məhz insanların ümidlərini doğrultmaq, gözləntilərini reallığa çevirmək üçün çıxdıq. Bir daha əziyyəti keçən hər kəsə təşəkkür edirəm!

На изображении может находиться: 1 человек