Nigar Arpadarai imza toplama kampaniyasında

29 saylı Səbail seçki dairəsindən deputatlığa namizəd Nigar Arpadarai imzatoplama kampaniyasına başlayıb.

XALQ.AZ məlumatına görə, Nigar Arpadarai imza toplama kampaniya çərçivəsində vətəndaşlarla görüşərək onlarla söhbət edib, problemlərini dinləyib.

Nigar Arpadarai şəxsi facebook səhifəsində qeyd edib ki, imza toplama kampaniyası zamanı seçki kampaniyası hələ başlamayıb, namizədliyim hələ qeydiyyata alınmadığı üçün seçki ilə bağlı müzakirələr aparmıram. Amma imza toplamaq prosesindən istifadə edərək, insanlarla görüşmək, tanış olmaq, ünsiyyət qurmaq mənim üçün çox önəmlidir. Uşaqlıqda böyüdüyüm və dəfələrlə vaxt keçirdiyim küçə və məhəllələrdən keçərək, insanlarla ünsiyyətdən həzz alıram. Xüsusilə də, təsadüf nəticəsində ümumi tanışlığım olan insanlarla görüşmək nə qədər xoşdur! Bu gün, mənə çox əziz olan qayınatam, akademik Məcidovla illərdir Elmlər Akademiyasında birgə işləyən ağsaqqalla təsadüfən rastlaşdıq. Bu görüş hər ikimizdə çox xoş təəsürat yaratdı. Bu günlərdə mənimlə olan komandama, bayram günlərində bizi qarşılayan xalqımın nümayəndələrinə dərin təşəkkürümü bildirirəm! Bütün namizədlərə qarşılıqlı hörmət və ədalətli rəqabət prinsiplərinə əsaslanan seçki kampaniyası arzulayıram! Uğurlar!

На изображении может находиться: 2 человека, люди улыбаются, люди стоят
На изображении может находиться: 2 человека, люди сидят и в помещении
На изображении может находиться: 3 человека, люди сидят, стол и в помещении
На изображении может находиться: 3 человека, люди стоят и в помещении
На изображении может находиться: 3 человека, люди сидят и в помещении

Nigar Arpadarai, 2006-2009 illər ərzində Avropa Komisiiyasının Azərbaycandakı Xüsusi Elçisinin Ofisinin Əlaqələndirici Şəxsi, sonradan isə Avropa Komissiyasının Azərbaycandakı Nümayəndəliyinin Mətbuat Katibi vəzifələrində fəaliyyət göstərmişdir. 2009 ildən Azerfon şirkətində çalışaraq Marketinq Ünsiyyət vasitələri, Brendin Strateji  Mövqeləndirilməsi üzrə Menecer vəzifələrində çalışmışdır. 2012-ci ildən etibarən Azerfon şirkətinin Korporativ Ünsiyyət bölümünə rəhbərlik edib.  Nigar Arpadarai iş təcrübəsinə o cümlədən, Yunanıstan Respublikasının Azərbaycandakı Səfirliyində və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda iş daxildir.  Nigar Arpadarai Bakı şəhər halqasının marketinq və kommunikasiya şöbəsinin rəhbəridir.  Ailəlidir, bir oğlu var.