Elnur Rzayev 100 yaşlı kənd ağsaqqalını evində ziyarət edib

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xaçmaz rayon prokuroru Rəşad Məmmədovla birlikdə Aşağı Zeyid kənd sakini 100 yaşlı Məhəmməd Məmmədovu evində ziyarət edib.

Xaçmaz RİH-dən  verilən məlumata görə, icra başçısı Məhəmməd Məmmədovun səhhəti ilə maraqlanıb, ona sağlam və gümrah həyat arzulayıb. Elnur Rzayev ağsaqqalların ölkəmizin ictimai-siyasi həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.

100 yaşlı Məhəmməd Məmmədov göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.