Elnur Rzayev növbəti səyyar qəbulunu Pirquluobada keçirib

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Pirquluoba kəndində səyyar qəbul keçirib. Qəbulda Pirquluoba İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyinə daxil olan Qoçaqqazma, Hacıməmmədoba və Yeni Sudur kəndlərinin sakinləri iştirak edib. Xaçmaz Rayon Prokuroru Rəşad Məmmədovun, təhsil, səhiyyə, mədəniyyət və digər xidmət təşkilatlarının məsul şəxslərinin qatıldığı görüşdə vətəndaşların müraciəti və təklifləri dinlənilib.

Sakinlər elektrik təsərrüfatının yenilənməsi, suvarma kanallarında sahilbərkitmə işlərinin aparılması, idman zalı və uşaq bağçasının fəaliyyətə başlaması ilə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.