Əməkdar artist Tünzalə Ağayeva Moskvada solo konsert verəcək.
XALQ.AZ-ın məlumatına görə, müğənni bu haqda “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib.
O bildirib ki, təklif müğənni-bəstəkar Emin Ağalarovdan gəlib:
“Emin Ağalarova təşəkkür edirəm. Mənə gözəl ideya verdi. “Vegas city hall”da konsertim olacaq. Tədbirin adı “Jdu tebya”dır. 2 saat yarımlıq böyük solo konsert olacaq. Hansı tamaşaçımın imkanı olsa, aprelin 27-də gələ bilər”.