Nazirlərin görüşü olacaq

nato_b
Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının xarici işlər nazirləri səviyyəsində ikigünlük iclası keçiriləcək.

XALQ.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətindən bildiriblər.

Toplantı aprelin  5-6-da NATO-nun mənzil qərargahında keçiriləcək. İclasa NATO-nun baş katibi Yens Stoltenberq sədrlik edəcək. İclasın gündəliyinə dair əlavə məlumat veriləcək.