Erməni fahişələri üçün yol nişanı (FOTO)

Fahise

Erməni fahişələrinin bundan sonra “işi” ağır olacaq. Belə ki, onların görüntüləri internetdə yayıla bilər.

XALQ.AZ-ın məlumatına görə, İrəvan prospektlərindən birində “İrəvan-moll” ticarət mərkəzinin qarşısında yeni yol nişanı quraşdırılıb.

Nişanda dayanmış maşın və klassik pozada sürücü müştəriyə əyilmiş qadın şəkli təsvir edilib. Başqa sözlə, burada fahişələrə dayanmaq qadağan edilir. Nişanın altında isə bu sözlər yazılıb: “Əgər burada saat 22-dən səhər saat 10-a qədər fəaaliyyət göstərsəniz, internetə düşəcəksiniz”.

Nişanı quraşdıran “İrəvan-moll” ticarət mərkəzi bu haqda açıqlama da verib:

“Nişan bir aya yaxındır quraşdırılıb. Fahişələr həqiqətən problem yaradır. Təxminən axşam 22:40-dan fahişələr bura yığılır. Nişanın qurulması ilə problemi həll etməyi qismən də olsa bacardıq. Düzdür, fahişələrlə birlikdə taksilər də yox oldu”.

Fahise