Son 5 ayda 78 nəfəri ilan vurub

Ilan

Aprel ayından bu günə qədər 78 nəfəri ilan sancıb.

Bunu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov deyib. Onun sözlərinə görə, ilan vuranlardan yalnız bir nəfər – Ağsu rayon sakini olan 13 yaşlı uşağın həyatını qurtarmaq mümkün olmayıb. Çünki, uşaq xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olub.

Şöbə rəhbərinin sözlərinə görə, ilansancma halları ilə bağlı müraciətlərin çoxu rayonlardan olub. Müraciət edənlərin çoxu isə orta yaşlı insanlardır.

Bundan başqa, Kliniki Tibbi Mərkəzə aprel ayından bu günə qədər 42 nəfər əqrəb, 34 nəfər isə qaraqurd sancması ilə müraciət edib.