Ermənistan döyüşdəki itkilərini etiraf etməyə başlayıb, mayor və kapitanın öldüyü açıqlanıb

Ermənistan döyüşdə verdiyi itkiləri açıqlamağa başlayıb.

XALQ.AZ-ın məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, Azərbaycan Silahlı Qüvvələri ilə döyüşdə mayor Qaruş Ambartsumyan və kapitan Sos Elbakyan ölüb. 

Q. Ambartsumyan mühəndis-istehkam bölüyünün komandiri olub.

Qeyd edək ki, Ermənistan Müdafiə nazirliyi bir mənalı olaraq itkilər barədə məlumatı gizlədirdi. Bu gün Ermənistanın müdafiə nazirliyinin rəsmisinin sosail şəbəkədə paylaşımı və statusun silinməsində sonra məcbur olub itkiləri barədə açıqlama verməyə məcbur olublar. Bildirir ki, Ermənistan tərəfində çox sayda hərbçi həlak olub və yaralılar var.