Ermənistan narkotik bazasına çevrilib

 

31

Son bir ay ərzində Ermənistanın müxtəlif bölgələrində aparılan kompleks operativ araşdırma tədbirləri nəticəsində  80 ton 808 kilogram yabanı  və yetişdirilmiş çətənə kolu, 146,6 kiloqram yaşıl xaş-xaş kütləsi aşkar olunaraq, xüsusi xidmət orqanları tərəfindən məhv edilib. Bu miqdarda narkotik maddə xammalının aşkarlanması əslində Ermənistan kimi bir ölkə üçün görünməmiş haldır. Modern.az-ın məlumatına görə, Ermənistan mətbuatı belə yazır.

İndiyədək mətbuatda bu barədə gedən məlumatlara yerli hakimiyyət tərəfindən əhəmiyyət verilmirdisə, son iki ay ərzində mərkəzi mətbuat orqanlarında ancaq erməni dilində olan bir neçə yazının əhalini təşvişə səbəb olması anlaşılandır. Külli miqdarda narkotik xammalının harada və necə yandırılaraq məhv edilməsi haqqında xalqa ətraflı məlumatın verilməməsi söz-söhbət yaradıb. Bunlardan biri də bu işdə yerli hakimiyyətin əlinin olmasıdır.

Bundan başqa, son bir ayda Ermənistan polisinə verilmiş operativ məlumatlar nəticəsində 95 cinayətin üstü açılıb ki, bunların da 72-si narkotik maddələrinin qanunsuz alqı-satqısı və dövriyyəsi ilə əlaqədar olub. Nəticədə qanunsuz dövriyyədən ələ keçirilmiş 12 kq 430 qram marixuana, 1247 qram dezmorfin, subuteks narkotik həbləri,101 psixator dərman həbi, 4 morfin 1.1 qram saf heroin müsadirə olunub.

Ölkə üzrə 275 yaşayış evinin həyətyanı sahələrindən qanunsuz yetişdirilmiş 2 ton 730 kq çətənə bitkisi, 26 kq xaş-xaş bitkisi və 600 qram xaş-xaş başlığı aşkarlanıb. Bunlara görə 126 cinayət işi açılıb və 6 nəfər inzibati cavabdehliyə cəlb olunub.

Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, uzun illərdir ki, iqtisadi çətinliklər içində çabalayan Ermənistan hakimiyyəti bu çətinliklərdən çıxmağın əsas yolunu ölkəni narkotik bazasına çevirməkdə görürlər.

İsmayıl  Tanriverdi
BDUnun Erməni araşdırmaları ETLin böyük elmi işçisi