Ermənistanda həbslər başladı

Ermənistanda parlament seçkiləri ərəfəsində ölkə prokurorluq seçki pozuntuları ilə bağlı daxil olan məlumatlar barədə məlumat yayııb. 

XALQ.AZ xarici mətbuata istinadən məlumat verir ki, Seçki Məcəlləsinin pozulması ilə bağlı 152 hesabat polis tərəfindən araşdırılıb, 14 fakt üzrə cinayət işi başlanılıb.

Məlumatda qeyd olunur ki, artıq bir neçə nəfərin həbs olunduğu barədə məlumatlar da var. Hətta həbs olunanlar arasında Ermənistanın ikinci prezidenti, “Ermənistan Bloku”nun rəhbəri Robert Koçaryanın komandasının üzvlərinin də olduğu deyilir.