“Qalatasaray”ın yeni prezidenti müəyyənləşdi

Türkiyənin “Qalatasaray” klubunun yeni prezidenti müəyyənləşib.

XALQ.AZ xəbər verir ki, bu gün keçirilən seçkiləri Burak Elmas qazanıb. O, klub prezidentliyi uğrunda Yiğit Şardan, Eşref Hamamcıoğlu, İbrahim Özdemir və Metin Öztürkü qabaqlayıb.

Qeyd edək ki, B.Elmas İstanbul təmsilçisinin 38-ci prezidentidir.

Xatırladaq ki, “sarı-qırmızılar”a 2018-ci ildən rəhbərlik edən Mustafa Cengiz səhhəti ilə əlaqədar namizədliyini irəli sürməmişdi.