Ermənistanda koronadan ölənlərin sayı artır

Ermənistanda koronavirusa yoluxanların sayı artıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutkada 26 yoluxma halı qeydə alınıb. Bununla da Ermənistan üzrə koronavirusa yoluxanların sayı 1 013-ə çatıb.

Bundan başqa, ölkədə koronavirusdan 13 nəfər ölüb, 197 pasiyent müalicə olunaraq sağalıb/Report.