“Ermənistanda qoparılan hay-küyü isə özlərindən başqa heç kim eşitməyəcək” – Deputat

“Meşəli canilərindən biri Xaçaturyan Laçın sərhəd keçid məntəqəsində həbs olunmuşdur. Xaçaturyan Meşəlidə dinc insanlara qarşı işlətdiyi cinayətlərinə görə həbs olunmuşdur”. Bunu millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Ermənistanda bu məsələ ilə əlaqədar hay-küy qaldıraraq Xaçaturyanın oğurlandığını deyərək dünyaya ağlaşma qurmağa çalışırlar: “Bu, Ermənistanın cinayətkar mahiyyətindən irəli gəlir. Çünki 90-cı illərdə Xaçaturyan kimi çoxlu erməni cəlladın əlləri azərbaycanlıların qanına batmış, dinc insanlara qarşı ağır işgəncələrin işlətməsi ilə bağlı onlara qarşı cinayət işləri açılmışdır. Ermənistanda qoparılan hay-küy cinayətlərdə əli olan insanların qorxuya düşməsindən irəli gəldiyini hesab edirəm. Bu gün Ermənistanda Koçaryan və Sarkisyanın başçılığı altında azərbaycanlıları amansızcasına qətlə yetirdikərinə görə vaxtilə özlərinə qürur hesab edən yüzlərlə erməni yaşayır. O cümlədən, Qarabağda da belə cinayətkarlar qalmaqdadır. Hesab edirəm ki, törətdikləri cinayətlərinə görə onların hamısının qanun qarşısında cavab verəcəyi günü olacaqdır. Heç kim cəzasız qalmayacaq. Ermənistanda qoparılan hay-küyü isə özlərindən başqa heç kim eşitməyəcək. Çünki hamı bilir ki, cinayətkarların həbs olunması ədalətin təntənəsidir. Bu məsələyə görə dünya ictimaiyyəti Azərbaycanı ancaq nümunə göstərməlidir”.