“Ermənistanın bu addımı gülüş doğurur və məntiqsiz təxribatdır” – Deputat

Naxçıvandakı sərhədimizin yaxınlığında, Arazdəyən kəndinin ərazisində tikilən metallurgiya zavodunun qarşısında ABŞ bayrağı asılıb. Ermənilərin bu addımı ABŞ-ı Azərbaycana qarşı törətdikləri təxribata şərik etmək cəhdi kimi qiymətləndirilir. 

Eyni zamanda qeyd edək ki, Arazdəyən Azərbaycana qaytarılmalı olan anklav kəndi Kərkiyə gedən yolun üzərində yerləşir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Naxçıvanla sərhəddə Arazdəyəndə tikilən metallurgiya zavodunda ABŞ bayrağının qaldırılması heç də ABŞ-ın dövlət səviyyəsində bu zavodun tikilməsinə dəstək verməsi demək deyil.

Onun sözlərinə görə, bu zavod özəl investorun maliyyə dəstəyi ilə tikilir:

“İnvestor ABŞ-dan olduğuna görə Ermənistan vəziyyətdən siyasi məqsədlər üçün istifadə etməyə çalışır. Təbii ki, Ermənistanın bu addımı gülüş doğurur və məntiqsiz təxribatdır. Çünki, ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə çalışır”.