“Ermənistanın təxribatları barədə beynəlxalq qurumları məlumatlandırmalıyıq” – Deputat

Azərbaycan sərt şəkildə öz münasibətini bildirəcək və bu kimi halların qarşısı qətiyyətlə alınacaq”.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Seyidlər kəndində yerləşən DSX-nin bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelərin Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulmasına münasibət bildirərkən deyib.

Mİllət vəkili bildirib ki, üçtərəfli bəyanatdan sonra Ermənistan uğradığı acı məğlubiyyətdən nəticə çıxarmalı və hansısa təxribata, revanşist fəaliyyətə yol verməməli idi.

“Görünən odur ki, Ermənistan yenə əvvəlki çirkin əməllərindən qalmır, təxribatlar törədir. Tez-tez Ermənistanda ölkə rəhbərliyi, ayrı-ayrı müxalif partiyalar tərəfindən Azərbaycana qarşı revanşist bəyanatlar səsləndirilir. Cənab Prezident bununla bağlı açıqlamasında dəfələrlə bildirib ki, əgər Ermənistan yenidən baş qaldırmağa çalışsa və təxribatlar törətsə, onun qarşısı qətiyyətlə alınacaq. Ermənilər bunu nəzərə almalıdırlar. Dünən bizim müvafiq qurumların yaydığı bəyanatda da bu məsələ öz əksini tapmışdı. Rusiya tərəfi həmin insanların içkili olduğu üçün bu təxribatı törətdiyini bəyan edib”, – deyə deputat bildirib.

C.Məmmədov bu məsələni dünya ictimaiyyətinə çatdırılması istiqamətində səylərin gücləndirilməli olduğunu qeyd edib: “Bu təxribatlar barədə beynəlxalq qurumları məlumatlandırmalı, ermənilərin bu cür təxribatları davam etdirdiyini ifşa etməliyik. Beynəlxalq ictimaiyyətə çatdırmalıyıq ki, Azərbaycan əslində sülhün və əməkdaşlığın tərəfdarıdır, lakin Ermənistan bunda maraqlı deyil və yenidən təxribatlar törətməyə davam edir. Digər vacib məqam isə bizim o bölgələrdə sürətlə möhkəmlənməyimizdir. Ayrı-ayrı qurumlarımız bunu artıq həyata keçirir. Eyni zamanda müasir sturukturun yaradılması istiqamətində də səylərimizi gücləndirməliyik. Paralel olaraq, bizimlə sırf strateji əməkdaşlıq əlaqəsində olan ölkələrlə də bununla bağlı müəyyən fikir mübadiləsinin aparılması xüsusi əhəmiyyət daşıyır. Əsasən də bu məsələdə Türkiyə və bir sıra ölkələrlə birgə əməkdaşlıq çox vacibdir”.