Rəşad Mahmudov Qazinin səhhəti ilə maraqlandı -Fotolar

77 saylı Astara seçki dairəsinin deputatı Rəşad Mahmudov İkinci Qarabağ müharibəsi Qazisi Qədəmullazadə Fərid Habil oğlunu ziyarət edib.

XALQ.AZ xəbər verir ki,ziyarət zamanı millət vəkili qazinin səhhəti və eləcə də müalicə gedişatı ilə maraqlanaraq, var olan problemlərinin həlli istiqamətində lazımi tövsiyyələrini vermiş və bundan sonrada bu yolda dəstəyini əsirgəməyəcəyini bildirmişdir.

Qeyd edək ki, Astra rayon İcra Hakimiyyəti əməkdaşı olan Vətən müharibəsinin könüllü iştirkaçısı Qazi Fərid Qədəmullazadə Cəbaryılın azad olunmasına görə dövlət medalı ilə təltif edilmişdir.