“Evdən uzaqda ümid” tədbiri keçirilib

İyunun 19-da Bakıda “Evdən uzaqda ümid” mövzusunda Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Dövlət Miqrasiya Komitəsinin birgə təşkilatçılığı  həyata keçirilib.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunan tədbirdə Milli Məclisin deputatları, nazirliklərin, komitələrin və digər mərkəzi icra hakimiyyəti orqanlarının, Azərbaycanda akkreditasiya olunmuş rezident diplomatik missiyaların, BMT qurumlarının, humanitar və inkişafyönümlü yerli və beynəlxalq təşkilatların, qaçqın və məcburi köçkün icmalarının nümayəndələri iştirak ediblər.