Fəhlə hündürlükdən yıxılıb öldü

Fehle

Abşeron rayonunda tikinti zamanı fəhlə faciəvi şəkildə dünyasını dəyişib. XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Masazır qəsəbəsi ərazisində baş verib.

Belə ki, Gürcüstan vətəndaşı Hümbət Heydərov tikinti sahəsində təmir işləri apararkən hündürlükdən yıxılıb ölüb.

Faktla bağlı araşdırma aparılır.