Zülfiyyə Xanbabayevadan yeni hit (VİDEO)

Son zamanlar efirlərdə az görünən, başı ailəsinə qarışan xalq artisti Zülfiyyə Xanbabayevadan yenilik var.

XALQ.AZ-ın məlumatına görə, uzun sürən fasilədən sonra yenidən tamaşçılarını sevindirib. İllər sonra yeni “Hər cümləmdə” adlı mahnısını pərəstişkarlarının ixtiyarına buraxıb. Sözləri və musiqisi İsmayıl Əsədova aid olan mahnı Youtube video paylaşım portalına yerləşdirilib. Zülfiyyə xanım dinləyicilər tərəfindən bəyənilən bəstəyə klip çəkdirmək fikrinin olduğunu bildirib.

Xatırladaq ki, bir müddət öncə sənətçi müsahibələrindən birində sənətdən uzaq düşməyinə səbəb olaraq anasının rəhmətə getməsi bildirmişdi.

Qısa müddət ərzində bir çox insan tərəfindən izlənilən adıgedən mahnını sizə təqdim edirik: