Fəhlənin başına girən dəmir digər tərəfdən çıxdı (FOTO)

B-1

İnşaatın 5-ci mərtəbəsindən yıxılan Eduardo Leite adlı 24 yaşlı gənc möcüzə nəticəsində sağ qalıb.

Xalq.az-ın məlumatına görə, yıxılan zaman başına düşən iti uclu dəmir parçası gənc işçinin başındakı qoruyucunu deşərək kəllənin arxa nahiyyəsindən girib və alın nahiyyəsindən çıxıb.

Leite qəzadan sonra dərhal xəstəxanaya aparılıb. Başındakı dəmir parçası 5 saatlıq əməliyyat nəticəsində müvəffəqiyyətlə çıxarılıb. Həkimlər Leitenin xəstəxanaya gələn zaman şüurunun yerində olduğunu və qəzanı özünün izah etdiyini bildiriblər.

Gəncin sağ qalma səbəbini isə həkimlər belə izah edib: “Leitenin başına girən dəmir parçası beyinin funksiyasız nahiyyəsinə toxunub. Nəticədə beynində heç bir ciddi zədə olmayıb”.

B-2

B-3

B-1