Şəkidə “Mercedes” yandı

Masin-1

Şəki şəhərində minik maşınında yanğın hadisəsi baş verib.

XALQ.AZ FHN mətbuat mərkəzinə istinadən xəbər verir ki, vətəndaşa məxsus “Mercedes” markalı avtomobilin mühərriki yanıb.

Avtomobilin qalan hissələri yanğından mühafizə olunub.

Yanğınsöndürənlər yanğını söndürüblər.