Facebookda “Qədim Azərbaycan əskinasları”

Pul

Qədim dövlətçilik tarixinə malik Azərbaycanın pul dövriyyəsi haqqında araşdırma aparmaq və gənclər arasında bu yöndə təbliğat aparmaq məqsədilə “Qədim Azərbaycan əskinasları” adlı layihə həyata keçirilir.

Layihənin təşəbbüsçüsü Nərgiz Xələfin verdiyi xəbərə görə, əsas məqsəd 5000 illik dövlətçilik tarixinə malik Azərbaycanda kəsilən qədim pullara dair tarixi materialları toplayıb gənclər arasında yaymaqla bu sahəyə töhfə verməkdir.

Artıq numizmatika sənətinə marağı olan gənclər Gəncə şəhərinə səfər ediblər.

Əldə olunan məlumatlar fptp-albomda yer alacaqdır.

Eyni zamanda, “Facebook” sosial şəbəkəsində yaradılacaq səhifədə yerləşdirilərək xarici vətəndaşların nəzərinə çatdırılacaq.