Gülşənin Bakıda konserti olacaq

 

1

Türkiyəli müğənni Gülşən mayın 25-də Bakıda konsert verəcək.

Xalq.az-ın məlumatına görə, konsert Heydər Əliyev Sarayında reallaşacaq.

Tədbir saat 20:00-da başalayacaq. Gecədə müğənni ən sevilən mahnıları ilə yanaşı, repertuarında yer alan yeni bəstələrini də ifa edəcək.

Qeyd edək ki, Gülşən Türkiyə şou-biznesinə qatılan müğənni Röya Ayxanla da duet hazırlayıb. Röyanın konsertdə çıxış edib-etməyəcəyi məlum deyil.