Fatma Yıldırım seçicilərlə növbəti görüş keçirdi-Fotolar

Milli Məclisin deputatı Fatma Yıldırım növbəti qəbul keçirib.

XALQ.AZ xəbər verir ki, Bərdə rayonu Yeni Daşkənd kənd sakinləri ilə növbəti vətəndaş qəbulu keçirilib.

bu barədə millət vəkili qeyd edib ki, vətəndaşlarımızın hər bir müraciəti diqqətlə dinlənərək, qeydə alınmışdır. Bütün məsələlər təhlil olunacaq, səlahiyyətlərimiz çərçivəsində həlli istiqamətində müvafiq köməklik göstərməyə çalışılacaq. Eyni zamanda, Yeni Daşkənd Bələdiyyəsinin təşəbbüsü ilə, kənd mərkəzində şəhidlərin əziz xatirəsinə həsr olunmuş park və abidənin inşaat prosesi ilə yaxından tanış olduq. Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçmiş qəhrəman Yeni Daşkənd şəhidlərimizin unudulmaması üçün həyata keçirilən bu layihənin çox önəmli və təqdirəlayiq olduğunu hesab edirəm. Ümid edirəm ki, tezliklə bu işlər tamamlanacaq və abidənin açılışında Yeni Daşkənd sakinləri ilə birgə iştirak edəcəyik.Nəzərinizə çatdırmaq istəyirəm ki, növbəti görüşümüzdə iştirak etmək istəyən vətəndaşlarımız 0554208040, 0518416424, 0202050095 nömrələri ilə əlaqə saxlaya və ya YAP Bərdə rayon təşkilatının inzibati binasındakı deputat ofisinə yaxınlaşaraq, görüşə yazıla bilərlər.

XALQ.AZ