Fatma Yıldırım YAP-ın onlayn konfransda iştirak edib – Foto

Yeni Azərbaycan Partiyasının “Koronavirus pandemiyasına qarşı mübarizədə dövlətin həyata keçirdiyi işlər və vətəndaş məsuliyyəti” mövzusunda onlayn konfransda keçirilib.

.XALQ.AZ xəbər verir ki, konfransda millət vəkili Fatma Yıldırımda iştirak edib. O, bu barədə şəxsi Facebook səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Baş Nazirin müavini, YAP sədrinin müavini, partiyanın İcra katibi Əli Əhmədovun sədrliyi ilə keçirilən videokonfransda Covid-19 pandemiyasının dünyada, həmçinin, bizim ölkədə mövcud vəziyyəti və hökümətimizin çevik davranaraq həyata keçirdiyi qabaqlayıcı tədbirlər haqqında geniş müzakirə aparılıb. Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin rəhbəri Əhliman Əmiraslanov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Milli Məclisin deputatı Rəşad Mahmudov pandemiyanın ölkəmizdə yaratdığı təhlükələri və bu istiqamətdə görülən işlərlə bağlı ətraflı çıxışlar ediblər.

Fatma Yıldırım qeyd edib ki, nəticə olaraq hamımız pandemiya dönəmində bu virusla yaşamağa məcburuq.

“Sadəcə olaraq infeksiyanın yayılmasının qarşısını alınması məqsədilə tibbi maskalardan yararlanmalı, verilən tövsiyə və tapşırıqları məsuliyyət və vicdanla yerinə yetirməliyik”.

XALQ.AZ