Fatma Yıldırım:”Bu gün Azərbaycan yenə də dünyanın diqqət mərkəzində oldu”

Bu gün Azərbaycan yenə də dünyanın diqqət mərkəzində oldu.

XALQ.AZ xəbər verir ki, bunu millət vəkili Fatma Yıldırım deyib.

Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə bu mötəbər beynəlxalq təşkilatın Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi.Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirildi. Bu Zirvə görüşü göstərdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir…”-deyə, o, əlavə edib.