FHN fövqaladə hadisələrə hazır vəziyyətə gətirilib

fhn

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin proqnozlaşdırdığı kimi? bu gün Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsir.Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov bildirib ki, baş verə biləcək hər hansı fövqəladə hadisənin qarşısının alınması üçün qurum hazır vəziyyətdədir:

 

“Bizim bütün qurumlar həmişə olduğu kimi paytaxt və rayonlarda külək və fırtınanın törətdiyi fəsadlarla bağlı müraciətləri 112 xidməti vasitəsilə qəbul edir. Əməkdaşlarımız istənilən halda daxil olan müraciətlərə çevik reaksiya verir və operativ şəkildə nəticələri aradan qaldırır”.

O.Bayramov hələlik heç bir müraciət daxil olmadığını qeyd edib.