FHN yanğınla bağlı məlumat yaydı

16

 

 

Fövqəladə Hallar Nazirliyi Xırdalanda çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb. Xalq.az FHN-in saytına istinadən xəbər verir ki ,  Xırdalan şəhərində ümumi sahəsi 864 kv.m olan çoxmərtəbəli yaşayış binasının 6-13-cü mərtəbələr arası şaxtadan keçən elektrik kabelləri 21 p.m, 13-cü mərtəbədə (mansarda) ümumi sahəsi 80 kv.m olan 3 otaqlı mənzilin və binanın çardağının yanar konstruksiyaları yanıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib. Yanğın zamanı aparılmış xilasetmə əməliyyatları nəticəsində binanın qalan hissəsi yanğından mühafizə olunub, ümumilikdə 4 nəfər xilas edilib, 22 nəfər isə təhlükəsiz məsafəyə təxliyə olunub. Eyni zamanda müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib. Saat 19:26-da yanğının qarşısı alındıqdan sonra xilasedicilər yanğın baş vermiş əraziyə yenidən baxış keçirib və köməyə ehtiyacı olan insan faktorunun olmadığını müəyyən ediblər. Əməliyyat saat 19:51-də başa çatıb.