Saatlının kəndləri “abadlaşır”

14

Rayonunun Novruzlu,Heydərabad, Günəşli Dədə-Qorqud və Əhmədbəyli kənd sakinlərinidinləyən yoxdur

 

 

 

Saatlı sakinləri Xalq.az müraciət edərək şikayətləniblər. Belə ki, Saatlı rayonunda yarana problemlərin həlli istiqamətində heç bir addım atılmır.

Kəndlərdə yaşayanlar  sosial problemlərin həlli üçün İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovla müraciət etməklərinə baxmayaraq heç bir dəyişiklik olmadığını vurğulayırlar.Novruzlu, Heydərabad, Günəşli, Dədə-Qorqud və Əhmədbəyli kənd sakinlərinin sosial-iqtisadi problemləri uzun illərdir həll edilməz olub. Belə ki, Siraqəddin Cabbarova müraciət etməkdən daha beziblər. Acınacaqlı vəziyyətdə yaşayan kənd sakinləri  “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramı bütün regionları əhatə etdiyi halda, Saatlı Rayon İcra Hakimiyyətinin başçısının  təşəbbüskarlığının olmaması səbəbindən bu kəndlərdən yan keçib.

 

 

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq