Fikrət Məmmədov 3 rəisə rütbə verdi

 

5

Penitensiar xidmətin bir sıra rəhbər şəxslərinin rütbələri artırılıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Ədliyyəsinin 95 illik yubileyi münasibətilə ədliyyə naziri I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun əmri ilə Penitensiar xidmətin aşağıdakı əməkdaşlarına ədliyyə polkovniki rütbəsi verilib:

  • Vüqar Əsədov – Penitensiar xidmətin Katibliyinin rəisi

  • Mübariz Məmmədov – Penitensiar xidmətin Məhkumların əməyinin təşkili şöbəsinin rəisi

  • Fikrət Qafarov – Penitensiar xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi.