Fil qaşınmaq üçün avtomobili seçdi (FOTO)

Fil

Qaşınan fili avtomobil belə dayandıra bilməyib. Cənubi Afrikada təşkil edilən bir safari zamanı maraqlı anlar yaşanıb.

XALQ.AZ-ın məlumatına görə, qaşınmaq üçün avtomobilə sürtünən fil sərnişinləri bərk qorxuya salıb.

Pinesburg Milli Parkında yaşanan hadisədə filin təcavüzkar fikirdə olmadığı yalnız qaşınmaq üçün avtomobildən istifadə etdiyi təxmin edilir.

Hadisə zamanı avtomobilə və onun içindəkilərə ziyan dəyməyib.

Fil