Tikintidən oğurluq edən şəxslər saxlanıldı

Tikinti

Sonu dəmir barmaqlıqlar olduğunu bildiyi halda oğurluğa gedən Elsevər Mustafayev bu işə yaxın tanışı Sənan Şahiyevi də cəlb edib.

XALQ.AZ-ın məlumatına görə, həmişəki qaydada görüşən tanışlar, asan yolla pul qazanmağın yolları haqda söhbət ediblər. Çox var-gəldən sonra çıxış yolunun oğurluqda görən dostlar Ceyranbatan qəsəbəsi ərazisindəki tikinti sahəsindən “Alçı” oğurlamaq qərarına gəliblər. Sənanın “Moskviç” markalı minik maşını ilə həmin ünvana gələn gənclər obyektin qorunmamasından istifadə edərək oradan 20 kisəyə yaxın “Alçı” götürüblər.

Faktla bağlı başlanılan cinayət işinin istintaqı davam edir. İstintaqın gedişi zamanı gənclərin oşxar əməllərinin olub-olmamasına da aydınlıq gətiriləcək.