Firudin Qurbanv vəzifəsinin icrasına başladı

Təhsil nazirinin müavini Firudin Qurbanov Bakı Dövlət Universitetinin rektoru vəzifəsinin icrasına başlayıb.

 

XALQ.AZ xəbər verir ki, bu barədə BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib.

O, bu gün universitetin prorektorları və müşavirlərlə görüşərək müvafiq müzakirələr aparıb, tapşırıqlar verib.

Qeyd edək ki, təhsil nazirinin müavini F.Qurbanov dekabrın 21-də BDU-ya rektor əvəzi təyin edilib. Bu barədə təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb. F.Qurbanov eyni zamanda təhsil nazirinin müavini vəzifəsində qalacaq.

Xatırladaq ki, Prezident İlham Əliyevin noyabrın 15-də imzaladığı sərəncamla Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib. Rektor səlahiyyətlərinin icrası isə 1 ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi.

 

Orxan