Fizulidə iribuynuzlu mal-qaranın tələf olması ilə nəticələnən yanğın baş verib.
XALQ.AZ FHN-nin saytına istinadən xəbər verir ki, rayonun 8 saylı Qayıdış qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan tövlənin yanar konstruksiyaları yanıb.
Yanğın zamanı tövlənin içərisində olan 2 iribuynuzlu heyvan tələf olub.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 04:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.