Futbolda yeni qanun tətbiq olunacaq

Fifa

FİFA tibbi komitəsinin başçısı Mişel Doxe xəbər verib ki, oyun zamanı oyun iştrakçılarından birində beyin silkələnməsi baş verərsə rəhbəri olduğu təşkilat 3 dəqiqəlik fasilə verilməsinə nail olmaq fikrindədir.

XALQ.AZ-ın məlumatına görə, o bildirib ki, “Oyunçuda beyin silkələnməsi şübhəsi olduğu təqdirdə biz hakimə oyun zamanı 3 dəqiqəlik fasilə elan etməyə icazə verəcəyik ki, bu zaman ərzində həkim futbolçunun vəziyyətini qiymətləndirə bilsin. Həkim onunla danışmağa və nevroloji müayinə etməyə macal tapmalıdır. Hakim futbolçunu oyuna digər birinin yox, məhz həkimin icazəsilə qaytarmağa icazə verməlidir”.

“Sentyabrın 1-də UEFA Tibb Komitəsinin ilk iclası yekdilliklə təklifi təsdiqləyib. Sonrakı həftə qanuna UEFA-nın icraçı komitəsi tərəfindən baxılacaq. Daha bir həftə sonra- FİFA-nın tibbi komitəsi tərəfindən və bundan sonra inanıram ki, FİFA-nın icra komitəsi qanunu qəbul edəcək”- deyə Doxe bildirib.