Füzuli Ələkbərov villasını satır (FOTO)

Villa

Sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov İsmayıllı rayonunun İvanovka kəndində yerləşən dəbdəbəli villasını satışa çıxarıb.

XALQ.AZ-ın məlumatına görə, bu barədə İvanovka kəndinin sakinləri məlumat veriblər. Bildirilib ki, keçmiş nazir vəzifədən getdikdən sonra İvanovkadakı evinə bir dəfə də olsa gəlməyib. Evdə gözətçilik edən şəxslərə villanın satılacağı barədə xəbərdarlıq edilib. Villanın hansı qiymətə satışa çıxarıldığı məlum olmasa da bu rəqəmin kifayət qədər yüksək olduğu bildirilir.

Qeyd edək ki, keçmiş nazir satışa çıxardığı imarətgahı qardaşı Nizami Ələkbərovun İsmayıllıda icra başçısı işlədiyi dönəmdə tikdirib.

Xatırladaq ki, F.Ələkbərov ötən il oktyabrın 22-də prezidentin sərəncamı ilə Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən kənarlaşdırılıb.

Villa