Sabah 35 dərəcə isti olacaq

Hava

Azərbaycanda havanın temperaturu 35 dərəcəyədək yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, istirahət günü Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti hökm sürəcək. Gecə və axşam bəzi yerlərdə zəif duman olacaq. Hava əsasən yağmursuz olacaq, cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 28-33, bəzi yerlərdə 35 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacaq.