Füzulidə yas qadağası

 

71

 

Alı Alıyev füzuliləri qəzəbləndirdi: YAS QADAĞASI

 

Son zamanlar Füzuli rayonu icra hakimiyyətinin başçısı Alı Alıyevlə bağlı olduqca ciddi kompramat və iddialar səslənir. Ölkə mətbuatında demək olar ki, hər gün Alı Alıyevin imzasıyla reallaşan şok yeyinti, maliyyə maxinasiyaları və qanunsuzluqlarla bağlı faktlar dərc olunur. Bütün bunlar isə onunla nəticələnib ki, artıq sıravi füzulilər arasında etimadını tam şəkildə itirən Alı Alıyev onların qarşısına polisin müşaiyyəti ilə çıxır. Saytımızı məlumatlandıran yerli mənbələrdən aldığımız informasiyaya görə icra başçısı xüsusi ayrılmış şəxslər Alı Alıyevi bütün görüşlərdə müşaiyyət edir. Halbuki icra başçısı xalqın içində olmalı, onların dərdini, problemini özünkü bilməlidir. Alı Alıyev isə bunları etmək əvəzinə indi də padşahlıq sevdasına tutulub. Xalq.az-ı məlumatlandıran mənbə iddia edir ki, icra başçısı indi də yas mərasimləri ilə bağlı qadağalar tətbiq etməyə başlayıb ki, bu da əhalinin etirazlarına səbəb olmaqdadır. “İsrafçılıqdır” bəhanəsiylə yas mərasimlərində ehsan verilməsini qadağan edən Alı Alıyev bu addımıyla füzulilər arasında olan azacıq hörmətini də itirmiş olub. Məlum olduğu kimi füzulilər ata-babalarımızdan gələn dini ənənələrə olduqca sadiqdir və bu üzdən də icra başçısının yas qadağası sakinlər tərəfindən böyük etirazlarla qarşılanır. Məlumata görə, yaxın günlərdə rayon ağsaqqallarının imzasıyla müvafiq orqanlara icra başçısının bu özbaşınalığı ilə bağlı şikayət ünvanlanacaq. Mövzuya qayıdacağıq.

 

 

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq