Gədəbəydə avtoqəza: Ölən var

Qeza

Gədəbəy rayonunda ağır yol qəzası baş verib

Ötən gün saat 10 radələrində Gədəbəy rayonunda baş verən qəza bir ailəni dağıdıb.  Xalq.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Kiçik Qaramurad kəndinin ərazisində olub.

Belə ki, Rəşad Mustafayevin idarə etdiyi avtomobil aşıb. Qəza zamanı sürücü və sərnişinləri, anası Rahilə, atası İlham ağır yaralanıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, Rahilə Mustafayeva xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.