Gədəbəyin icra başçısı Orxan Mürsəlovun qol saatının qiyməti nə qədərdir?-Foto

Etirazçıların qarşısına çıxan Gədəbəyin icra başçısının qol saatı diqqət çəkdi
İki gündür Gədəbəyin Söyüdlü kəndində yaşanan arzuolunmaz hadisələr ölkədə ciddi şəkildə müzakirə olunmaqdadır. Söyüdlü kənd sakinləri süni gölün yaradılmasına etiraz edirlər. Dünən də polislə vətəndaşlar arasında kı qarşıdurma zamanı cəmiyyətdə ciddi qınağa səbəb olan hallar polis orqanları tərəfindən araşdırılır.
Vətəndaşların aksiyası bu gün də davam edib. Gədəbəyin icra başçısı etirazçılarla görüşüb. Görüş zamanı jurnalistlərin və vətəndaşların suallarına aydın cavab verməkdən yayınan icra başçısının qolundakı saat diqqət çəkib.
Bekə ki, XALQ.AZ araşdırma aparıb və məlum  olub ki, İcra başçısının qolundakı saat məşhur “Patek Philippe” Nautilus  brendinə məxsusdur. Satış qiyməti isə 107.000 avrodur (220 min manat).
Görəsən 11 avqust 2022-ci il tarixli Prezident İlham Əliyevin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Orxan Mürsəlov nə qədər sərvət yığıb ki, 220 min manatlıq saat taxır? Ümumiyyətlə, bahalı saatla etirazçı əhali arasına çıxmaq nə dərədəcə doğrudur?