Gədəbəyin qayğıkeş başçısı

33

 

Rayonunun  Miskinli, Gərgər, Arıqıran, Ərtəpə, və Nərimankənd kənd sakinlərini dinləyən yoxdur?

Gədəbəy sakinləri Xalq.az müraciət edərək şikayətləniblər. Belə ki, Gədəbəy  rayonunda yaranan problemlərin həlli istiqamətində heç bir addım atılmır.

Kəndlərdə yaşayanlar  sosial problemlərin həlli üçün İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarova müraciət etməklərinə baxmayaraq heç bir dəyişiklik olmadığını vurğulayırlar. Miskinli, Gərgər, Arıqıran, Ərtəpə, və Nərimankənd kənd sakinlərinin sosial-iqtisadi problemləri uzun illərdir həll edilməz olub. Belə ki, Ramiz Yediyarova  müraciət etməkdən daha beziblər. Acınacaqlı vəziyyətdə yaşayan kənd sakinləri  “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramı bütün regionları əhatə etdiyi halda, Gədəbəy  Rayon İcra Hakimiyyətinin başçısının  təşəbbüskarlığının olmaması səbəbindən bu kəndlərdən yan keçib. Kənd sakinləri bildirilər ki, büün ölkədə inkişaf gedir ölkə başçısımız hər bir azərbaycanlının qayğığısına qalır, lakin bizim icra başçımız heç bizi qəbul etmir, icra hakimiyyətinə müraciət etdikdə bildirirlər ki, başçının qonaqları var bu gün olmayacaq. Biz anlamırıq rayona nə qədər qonaq gələr? Əgər bu qədər qayğıkeş başçımız varsa bəs bizimlə niyə maraqlanmır, deyə kənd sakinləri öz müraciətlərində bildiriblər.

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq