Qaradağ sakinləri imdad diləyir

 

54

 

Ötən saylarımızda Qaradağ rayonunun bir qrup sakininin redaksiyamıza göndərdiyi material əsasında yazı dərc etmişdik. İcra başçısı Süleyman Mikayılovun fəaliyyətindən narazılıq edən şikayətçilər rayonda baş verən haqsızlıq, acınacaqlı vəziyyətdə birbaşa onun günahkar olduğunu bildirirdilər. Qaradağdan gələn növbəti müraciətdə dövlət başçısı İlham Əliyevə üz tutan sakinlər icra başçısının rayona rəhbərlik etdiyi müddətdə Lökbatan qəsəbəsinin sosail cəhətdən iflic olduğunu yazıb. “Qəsəbədaxili və qəsəbəarası yollar dağıdılıb, uzun müddət təmir olunmadığı üçün gediş-gəliş çətinləşib. Rayonu mərkəzini qəsəbələrlə birləşdirən yollar tam yararsız vəziyyətdədir. Süleyman Mikayılov yalnız iş adamlarına məxsus obyektləri sökərək onların yerində yaxınlarına obyekt tikdirir. Təkcə Lökbatan qəsəbəsində belə üsulla 5 obyekt tikilib. O hətta özü üçün tikdirdiyi obyektin açılışını dövlət səviyyəsində edib. Süleyman Mikayılov rayona öz mülkü kimi baxır. Ona məxsus olmayanlar qalmamalı, sökülməli və dağıdılmalıdır. Bu ədalətsizlik və talançılıq insanları iqtisadi cəhətdən çökdürüb və şəxsiyyətlərinin təhqir olunması əhalini dözülməz vəziyyətə gətirib. Bu yolla rayon sakinlərinin talanması və onların şikayətlərinin nəticəsiz qalması insanları narazı salır. Neçə ildir ki, bu məsələyə son qoyulmaması sakinlərdə təəccüb yaradıb:  Ev, və obyekt tikinitsi üçün pul tələb olunur. Bunu hətta məktəb şagirdləri də bilir. Qobustan qəsəbəsində bu illər ərzində dörd dəfə qəsəbə icra hakimiyyəti nümayəndəsinin dəyişdirilməsi kadrların düzgün seçilib yerləşdirilməməsinin nəticəsidir. Onlardan biri, Lənkəranda Süleyman Mikayılovun müavini işləmiş Nadir adlı şəxs Qobustan qəsəbəsinə icra hakimiyyətinin nümayəndəsi təyin olunandan qısa müddət sonra iddalara görə spirtli içkinin təsiri nəticəsində qəza törədib. Uzun müddət müalicədən sonra onu təşkilat şöbəsinə müdir qoyub və sonradan tikinti-abadlıq işləri üzrə müavin vəzifəsinə təyin edib. Rayonun əksər qəsəbələrinin icra nümayəndələri cədvəl üzrə işləyirlər və qəsəbədə tikinti işlərinə birbaşa nəzarət edib vətəndaşlardan tikintiyə görə haqq alırlar. Abadlıq və quruculuq işləri onlarlıq deyil. Rayonu bəzi icra nümayəndələri alkoqola meyilli şəxslərdir. Sahil qəsəbəsindəki park artıq bərbad vəziyyətə düşüb, qəsəbələrin heç bir yerində ucqar dağ rayonlarında olan şərait yoxdur. Redaksiya göndərilən məktubda rayon sakinləri bu əməllərə son qoyulmasını tələb edirlər. İcra başçısı bizi qəbul edib dinləsin, porblemlərimiz çoxdur lakin həll olunması üçün bizi dinləyən yoxdur deyə sakinlər bildiriblər.

 

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.