İşiniz uğurlu olsun Hacı

 

27

Hacı İbrahimdən şəhidlərə hörmətsizlik

 

Cəbhə bölgəsindən acı xəbər gəlməkdə davam edir.  Əsgərilərimiz  vətənimizin bütövlüyü uğrunda şəhid olur. Çox təssüf ki, əsas vəzifəsi cəmiyyəti bilgiləndirmək olan televiziya kanallarımız, əyləndirmək prinsiplərini əsas tutaraq, efirlərində konsert, əyləncəli verilişlər verməkdə davam etdilər. Bəs  restoranlar, şadlıq evləri, şəhidlərimizin ruhuna hörmətlə yanaşdılarmı? Bu sualın cavabı əlbəttə ki, xeyr. İş adamları öz qazancalarını biznes karyeralarını insan hisslərindən daha üstün tutdular.  Belə ki, bütün ölkə boyu əyləncə və istirahət mərkəzləri, restoranlar iş prinsipini pozmadan fəaliyyətlərinə davam etdilər. Lakin bu hissiyatsız iş adamlarının  arasında vətən sevgisini hər şeydən üstün tutanlar da oldu və fəaliyyətlərinə ara verdilər.   Bu əyləncə proqramlardan ən məşhur iş adamının adasında da baş tutub XALQ.AZ-a etibarlı mənbədən verilən məlumata görə Hacı İbrahim Nehrəmlinin “Khazar Island” adalarında avqustun 1-də restoran-klub Stingray , avqustun 3-də isə “Saint Tropez Beach” çimərlik kompleksinin açılışı olub, və dünya elektron musiqi ulduzlarının çıxışı, Böyük Britaniyadan isə rəqs şousu çıxış edib.  Nə deyək əgər iş və biznes karyera vətəndən daha üstündürsə , şəhid övladlarımızdan daha önəmlidirsə, klubun və çimərliyin açılışları rəqs qrupunun çıxışı, vətənə, dövlətçiliyimizə uğur gətirirsə işiniz uğurlu olsun Hacı!

 

Araşdırmalarımız davam edir.

 

Təssüflər olsun ki, Hacı İbrahim Nehrəmli ilə əlaqə yarada bilmədik, bu səbəbdən qarşı tərəfində dinləməyə, və fikirlərini dərc etməyimə hazırıq.