Gəncədə həkim koronavirusdan vəfat etdi – Foto

Gəncə Şəhər 3 saylı Xəstəxanasının həkim-travmotoloqu Mehman Hüseynov COVID-19-dan vəfat edib.

XALQ.AZ-ın məlumatına görə, 1970-ci il təvəllüdlü həkim əvvəlcə Goranboy xəstəxanasına aparılıb. Daha sonra vəziyyəti ağırlaşdığından Bakıya gətirilib.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

XALQ.AZ