Gəncədə qadın intihar edib

 

33

Gəncədə 48 yaşlı qadın sirkə turşusu içərək intihar edib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1965-ci il təvəllüdlü Sahilə Qələndərova ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub. Dərhal reanimasiya şöbəsinə yerləşdirilən qadını xilas etmək mümkün olmayıb. Polis əməkdaşlarının araşdırmaları zamanı məlum olub ki, 48 yaşlı qadın intihar etmək məqsədi ilə sirkə turşusu içib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.